satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda arvadını asaraq öldürməkdə ittiham edilən şəxsə hökm oxunub

Naxçıvanda arvadını asaraq öldürməkdə ittiham edilən şəxsə hökm oxunub

Naxçıvanda həyat yoldaşını asaraq öldürməkdə ittiham edilən Azər İbrahimlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

NTV xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Azər İbrahimli 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu ilin mart ayında Sədərək rayon sakini, 2000-ci il təvəllüdlü Aytac İbrahimlinin yaşadığı evdə özünü asaraq intihar etməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Araşdırma zamanı qadının əri, 1992-ci il təvəllüdlü Azər İbrahimlinin ailə münaqişəsi zəminində həyat yoldaşına xəsarət yetirdikdən sonra, tavandan asaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM