satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda qəza: Avtomobillərdən biri yol kənarındakı evə çırpılıb

Naxçıvanda qəza: Avtomobillərdən biri yol kənarındakı evə çırpılıb

NTV xəbər verir ki, bu gün səhər saatlarında Naxçıvan şəhərində yol nəqliyyat hadisəsi baş verib. Avtomobillərin biri yol kənarındakı evə ziyan vurub.

Hadisə şəhərin Xətai məhəlləsində baş verib. 75-BN-326 dövlət qeydiyyat nişanlı “Azsamand” markalı avtomobillə 71-BD-724 dövlət qeydiyyat nişanlı “Chevrolet niva” markalı avtomobil toqquşub. Hadisə nəticəsində hər iki avtomobilə ziyan dəyib. 
Avtomobillərdən biri yol kənarına çıxaraq ağaca və evin divarına ziyan vurub. Hadisə nəticəsində bir qadın yüngül xəsarət alaraq xəstəxanaya müraciət edib və evə buraxılıb.

Hadisə yerinə dərhal yol polisi əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM