satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda güclü qar qəzalara səbəb olub

Naxçıvanda güclü qar qəzalara səbəb olub

Naxçıvanda güclü qar qəzalara səbəb olub.

NTV-nin məlumatına görə, Naxçıvan Muxtar Respublikasının ərazisinə yağan güclü qar yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olub.

Belə ki, Naxçıvan şəhərinə və muxtar respublikanın rayonlarına yağan intensiv yağıntı nəticəsində bəzi ərazilərdə hərəkət çətinləşib. Hazırda rayonlara gedən magistral avtomobil yollarında hava şəraitinin kəskin dəyişməsi səbəbindən buzlaşma müşahidə olunur.

Buz bağlayan yol sahələri nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinliklər yaradıb. Sürücülərin ehtiyatsızlığı və sürüşkən yol şəraiti qəzaların baş verməsinə gətirib çıxarıb.

Qeyd edək ki, yağıntılı hava şəraiti bölgədə davam edir. Müvafiq qurumlar tərəfindən yollarda təhlükəsizliyin təmin olunması məqsədilə tədbirlər görülür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM