Naxçıvanda yol qəzası nəticəsində qaz xətti yararsız hala düşüb.
NTV xəbər verir ki, hadisə Şahbuz rayonunun Sələsüs kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil d-100 millimetrlik qaz xəttinə çırpılıb. 160 abonentin təbii qazın verilişi dayandırılıb.
Bərpa işləri yekunlaşan kimi sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.
