Naxçıvan şəhərində zəncirvari qəza olub, xəsarət alan var.
NTV xəbər verir ki, hadisə şəhərin Azadlıq küçəsində baş verib.75-TA-476 dövlət nömrə nişanlı "Naz-Lifan", 75-BF-176 dövlət nömrə nişanlı "VAZ 2106" və 75-BL-674 dövlət nömrə nişanlı "VAZ 21015" markalı avtomobillər toqquşub. Qəza zamanı bir nəfər xəsarət alaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.
