satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs BƏƏ-dən ölkəyə gətirilib

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs BƏƏ-dən ölkəyə gətirilib

Azərbaycanın İnterpol xətti ilə beynəlxalq axtarışa verdiyi Tural Səməd-zadə Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) ölkəyə gətirilib.

Bu barədə NTV-yə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bir sıra şəxslərlə qabaqcadan əlbir olaraq xüsusilə külli miqdarda zərgərlik məmulatlarını (1 683 298 manat dəyərində) dövlət sərhədində bəyan etmədən qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd göstərməkdə (Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi) ittiham edilmiş Azərbaycan vətəndaşı Tural Akif oğlu Səməd-zadənin yeri BƏƏ-də müəyyən olunub və həbs edilib.

Ədliyyə Nazirliyinin sorğusunun və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından, habelə aparılan danışıqlardan sonra həmin şəxsin ölkəyə ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu da, öz növbəsində, Azərbaycanın beynəlxalq aləmdə mövcud olan nüfuzunu və BƏƏ-nin ölkə üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiqləyir.

T.Səməd-zadə Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən BƏƏ-dən ölkəyə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM