İranın Naxçıvana dron hücumu nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.
İranın Naxçıvana dron hücumu ilə bağlı Naxçıvan Muxtar Respublikası (MR) Səhiyyə Nazirliyinə müraciət edən dörd nəfərin kimliyi məlum olub.
NTV xəbər verir ki, hücum zamanı xəsarət alanlar Cəfərov Əsəd Vidadi oğlu (1998), Zülfüqarov Zülfuqar Məmməd (1996), Əsgərov Mehdi Mətləb oğlu (1996) və Vəliyeva Reyhanə Sabir qızıdır (1986).
