satellite   Azerspace-1: 11135 H 30000

Binəqədi rayonunda saxlanılan şəxslərdən 54 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Binəqədi rayonunda saxlanılan şəxslərdən 54 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, tədbirlər zamanı paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən Elnur Məmmədovla tanışı Elmar Balışovdan 14 kiloqram 131 qram tiryək və marixuana, Hikmət Kərimlidən 24 kiloqram 256 qram marixuana, Vüsal İmanovdan 2 kiloqram 300 qram marixuana, eləcə də 500 ədəd psixotrop tərkibli həb, Mövlud Əliyevdən 7 kiloqram 527 qram marixuana və tiryək, Sənani Süleymanovdan isə 5 kiloqram 815 qram marixuana və tiryək aşkarlanıb.

Keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 54 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Saxlanılan şəxslər ifadələrində narkotikləri sosial şəbəkələrdə tanış olduqları, şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əldə etdiklərini və paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.

Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM