satellite   Azerspace-1: 11135 H 30000

Ordubadda qaya uçqunu nəticəsində 32 ev qazsız qalıb

Ordubadda qaya uçqunu nəticəsində 32 ev qazsız qalıb

Ordubad rayonunun Pəzməri kəndində baş verən qaya uçqunu nəticəsində 32 ev qazsız qalıb.

NTV-nin  məlumatına görə, hazırda ərazidə təmir-bərpa işləri aparılır.

09:30

Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunda qaya uçqunu qeydə alınıb.

NTV-nin məlumatına görə, intensiv yağışlar nəticəsində Ordubadın Pəzməri kənd avtomobil yolunun 24-cü kilometrliyində qaya uçqunu olub.

Hadisə zamanı yolun hərəkət hissəsinə iri qaya parçaları aşıb, yol kənarındakı infrastruktura ziyan deyib.

Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlər nəticəsində yolun bir hissəsi nəqliyyat vasitələri üçün açılıb, digər hissəsinin açılması üçün işlər aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM