satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan gömrüyü "gül kələmi" yükündə 90 kq-dan çox narkotik vasitə aşkar edib - FOTOLAR

Azərbaycan gömrüyü "gül kələmi" yükündə 90 kq-dan çox narkotik vasitə aşkar edib<font color=red> - FOTOLAR</font> Azərbaycan gömrüyü "gül kələmi" yükündə 90 kq-dan çox narkotik vasitə aşkar edib<font color=red> - FOTOLAR</font>

Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

NTV bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata əsasən, "Astara" gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya "təzə gül kələmi" yükü aparan nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlamasına cəlb edilib.

Yoxlama zamanı bir ədəd paletdəki 160 ədəd bağlamada görünüşcə gül kələmi formasına salınan və gömrük nəzarətindən gizlədilən xalis təmiz çəkisi 90 kiloqram 945 qram olan xüsusilə külli miqdarda narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM