satellite   Azerspace-1: 11135 H 30000

Astarada 18 kiloqram narkotik vasitə aşkarlanıb

Astarada 18 kiloqram narkotik vasitə aşkarlanıb

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

NTV xəbər verir ki, tədbirlərlə qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 45 yaşlı Vüqar Quliyev saxlanılıb. Onun idarə etdiyi avtomobildən ümumilikdə 18 kiloqram marixuana və tiryək aşkarlanıb.

Araşdırmalarla V.Quliyevin narkotikləri tanışı 46 yaşlı Turab Ağayev vasitəsilə əldə etdiyi müəyyən olunub. Əməliyyat tədbirlərinin davamı olaraq T. Ağayev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM