satellite   Azerspace-1: 11135 H 30000

Şərurda ot tayası yanıb, 9 heyvan tələf olub - FOTOLAR

Şərurda ot tayası yanıb, 9 heyvan tələf olub<font color=red> - FOTOLAR</font> Şərurda ot tayası yanıb, 9 heyvan tələf olub<font color=red> - FOTOLAR</font> Şərurda ot tayası yanıb, 9 heyvan tələf olub<font color=red> - FOTOLAR</font> Şərurda ot tayası yanıb, 9 heyvan tələf olub<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şərur rayonunun, İbadulla kəndində yardımçı tikililin üzərinə yığılan ot bağlamalarında yanğın baş verməsi barədə məlumat daxil olub.

NTV xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə Şərur Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülərək daha geniş sahəyə yayılmasının qarşısı alınıb.

Yanğın hadisəsi nəticəsində 1300 ot bağlaması, sahəsi 100 m² və 40 m² olan 2 yardımçı tikilinin (tövlənin) dam örtüyünün yanar konstruksiyaları yanıb, içərisindəki 9 baş iribuynuzlu heyvan tələf olub. 300 ədəd ot bağlaması, ümumi sahəsi 16 m² olan digər 2 yardımçı tikili və sahəsi 325 m² olan fərdi yaşayış evi yanğından mühafizə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM