satellite   Azerspace-1: 11135 H 30000

Hikmət Hacıyev: Qarabağın şəhərləri beynəlxalq əməkdaşlığı inkişaf etdirməlidir

Hikmət Hacıyev: Qarabağın şəhərləri beynəlxalq əməkdaşlığı inkişaf etdirməlidir

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın Qarabağ bölgəsinin və digər ölkələrin şəhərləri arasında beynəlxalq əməkdaşlığın inkişafını vacib adlandırıb.

NTV-nin məlumatına görə, bu barədə Hikmət Hacıyev Xankəndidə diplomatik korpusa müraciətində bildirib.

Onun sözlərinə görə, Qarabağın şəhərləri ilə xarici şəhərlər arasında beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq böyük əhəmiyyət kəsb edir: "Mən şəhərləri və yaşayış məntəqələri Qarabağ şəhərləri ilə qardaşlıq münasibətləri quran bütün tərəfdaşlarımıza və dost ölkələrə minnətdaram".

H.Hacıyev, şəhərlər arasında birbaşa əlaqələrin inkişaf etdirilməsinin, təcrübə və bilik mübadiləsinin vacibliyini vurğulayıb.

O, həmçinin bildirib ki, bu yaxınlarda Rumıniyaya səfər təşkil olunub və orada Rumıniya şəhərləri ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün ilk əlaqələr qurulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM