satellite   Azerspace-1: 11135 H 30000

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Milli Hidrometeorologiya Xidməti aprelin 8-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Xidmətdən  NTV-yə bildirilib ki, Naxçıvan Muxtar Respublikası, Kəlbəcər, Laçın, Gədəbəy, Göygöl, Zəngilan, Gəncə, Tovuz, Cəbrayıl, Ağstafa, Şəki, Oğuz, Qəbələ, Göyçay, İsmayıllı, Şamaxı, Ağsu, Xızı, Hacıqabul, Salyan, Şirvan, Biləsuvar, Cəlilabad, Neftçala, Xaçmaz, Şabran, Siyəzən, Qusar, Quba, Lənkəranda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Goranboy, Mingəçevir, Qobustanda isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 20.8-28.4 metrədək güclənəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM