satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda güzəştli kreditlərin həcmi 2 dəfədən çox artıb

Naxçıvanda güzəştli kreditlərin həcmi 2 dəfədən çox artıb

Sahibkarlığın inkişafına dəstək olaraq Sahibkarlığın İnkişafı Fondu 2024-cü ilin 3 ayı ərzində kənd təsərrüfatı yönümlü 8 layihəni maliyyələşdirib.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, layihələrin maliyyələşdirilməsinə 189 min manat vəsait sərf olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.

Cari ilin 3 ayı ərzində qaytarılan kreditlərin həcmi 1,7 milyon manat olub ki, bu 2023-cü ilin eyni dövrü ilə müqayisədə 52 faiz çoxdur.

2024-cü ilin I rübündə 290,2 min manat vaxtı keçmiş kredit vəsaitinin ödənilməsi təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Hacıqabulda zəlzələ olub

10:36 19.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM