satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Nyu-Yorkda yüksək səviyyəli gənclər forumunda təmsil olunacaq

Azərbaycan Nyu-Yorkda yüksək səviyyəli gənclər forumunda təmsil olunacaq

Azərbaycanın gənclər və İdman naziri Fərid Qayıbov BMT-nin İqtisadi və Sosial Şurasının (UN ECOSOC) Nyu-Yorkda keçiriləcək Yüksəksəviyyəli Gənclər Forumunda iştirak edəcək.

Naxçıvan televiziyası-ın məlumatına görə, nazir forum çərçivəsində aprelin 18-də Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) təşəbbüsü və Birləşmiş Ərəb Əmirliklərinin BMT yanında daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçiriləcək "COP28-dən COP29-a: Gənclər İqlim Dəyişikliyinə Qarşı Mübarizədə Liderlik edir" başlıqlı iclasda iştirak edəcək.

Görüşün məqsədi iqlim fəaliyyəti ilə bağlı irəliləyiş yolları üzrə konsensus yaratmaq və dialoqlar üçün noyabr ayında Bakıda keçiriləcək COP29 BMT-nin iqlim danışıqlarına dair məsələlərin müzakirələrə daxil edilməsidir.

Nazir Nyu-Yorka səfəri çərçivəsində ABŞ-də yaşayan azərbaycanlı idmançılar və tələbələrlə də görüşəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM