satellite   Azerspace-1: 11135 H 30000

COP29-un baş icraçı direktoru: Atmosferi qorumaq üçün birləşməliyik

COP29-un baş icraçı direktoru: Atmosferi qorumaq üçün birləşməliyik

COP29 kollektiv fəaliyyətdir. Bizim bir atmosferimiz var. Bunun üçün birləşməliyik. Bunu etməsək, uğursuzluğa düçar ola bilərik. İnkişaf etmiş ölkələr də birgə çalışmalıdır. Lakin Paris sazişində yer alan bir neçə məqam buna imkan vermir. Məsələn, maliyyə, texnologiya və digər məsələlər.

Naxçıvan televiziyası xəbər verir ki, bunu 2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində təşkil edilən “Yaşıl dünya naminə həmrəylik - COP29” adlı təqdimatda Azərbaycan Respublikası energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov deyib.

Nazir müavini diqqətə çatdırıb ki, COP29 çərçivəsində maliyyələşdirilmə modeli kimi məsələlər müzakirə olunacaq. Elnur Soltanov deyib: “COP29 çox gözəl fürsət olacaq. Biz Azərbaycan olaraq şəffaf bir mühit yaradacağıq. Bu günə qədər bir çox mühüm işlər görülüb, 13 fəaliyyət icra olunub. Ümid edirik ki, noyabrda konkret nəticələrə nail olacağıq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM