satellite   Azerspace-1: 11135 H 30000

SİMA-nın yeni "Videozəng" həlli istifadəyə verilib

SİMA-nın yeni "Videozəng" həlli istifadəyə verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA Rəqəmsal Həllər Platformasının yeni “Videozəng” həlli istifadəyə verilib.

“AzInTelecom”dan Naxçıvan televiziyası-a verilən məlumata görə, tərəfdaşlara SİMA KYC məhsulunun tərkib hissəsi kimi təqdim olunan həll bankların və digər maliyyə qurumlarının bazarda formalaşdırdığı təlabat əsasında hazırlanıb.

Videozəng həlli müştərilər və maliyyə qurumları arasında təhlükəsiz videozənglər təmin edən videogörüş proqramıdır. Yeni müştərilər üçün məsafədən hesab açılması prosesini xeyli sadələşdirən proqram Mərkəzi Bankın tələb və qaydalarına tam şəkildə uyğundur. SİMA-nın biometriya texnologiyası sayəsində Videozəng həlli bir neçə formada canlılıq testi aparır. Bu isə həm şəxsin eyniləşdirilməsini aparır, həm də zəngin tam qaydalar çərçivəsində olduğunu müəyyən edir. Güclü iki faktorlu təsdiqləmə nəticəsində saxtakarlıq və dələduzluq hallarının qarşısı alınır.

Qeyd edək ki, SİMA-nın Videozəng həlli banklara məsafədən hesab açılması əməliyyatlarını qanunvericiliyə tam uyğun şəkildə tamamlamaq imkanı verir. Müştərilər tərəfindən fiziki olaraq filiala getməyə ehtiyac qalmır. “Videozəng” ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM