satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Qazaxıstan enerji sektorunda strateji tərəfdaşlıq sazişi imzalamaq istəyir

Azərbaycan və Qazaxıstan enerji sektorunda strateji tərəfdaşlıq sazişi imzalamaq istəyir

Azərbaycan və Qazaxıstan enerji sektorunda strateji tərəfdaşlığa dair hökumətlərarası saziş imzalamağı planlaşdırır.

Naxçıvan televiziyası-ın məlumatına görə, bunu energetika nazirinin müavini Orxan Zeynalov Mərkəzi Asiya ölkələrinin energetika nazirlərinin I iclasında çıxışı zamanı bildirib.

Qazaxıstanla energetika sahəsində əməkdaşlığın hazırkı səviyyəsindən danışan nazir müavini ötən ilin mart ayından etibarən Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqlinin bərpa olunduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, bu əməkdaşlığın müsbət dinamikası gələcəkdə neft nəqlinin həcmini artırmağa imkan verir.

“Ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə “Azərbaycan və Qazaxıstan hökumətləri arasında enerji sahəsində strateji tərəfdaşlığa dair saziş” layihəsi hazırlanıb. Əminəm ki, sənədin imzalanması əlaqələrimizi strateji səviyyəyə qaldırmağa kömək edəcək”, - O.Zeynalov vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM