satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda indiyədək 3.678 ədəd yeni nəsil NKA quraşdırılıb

Naxçıvanda indiyədək 3.678 ədəd yeni nəsil NKA quraşdırılıb

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 2024-cü il avqustun 1-dək muxtar respublika ərazisində quraşdırılmış yeni nəsil NKA-ların sayı 3.678 ədəd olub. Yanvar–iyul ayları ərzində belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 226,2 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 124,9 milyon manat və ya 2,2 dəfə çoxdur.

İndiyədək Naxçıvan MR-də “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 1,7 milyon manat ƏDV məbləği geri qaytarılıb. Cari ilin yanvar-iyul aylarında istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrünə nisbətən 2,1 dəfə artaraq 800,9 min manat olub.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM