satellite   Azerspace-1: 11135 H 30000

Maliyyə və mühasibatlıq sahəsində çalışanlar üçün seminar keçiriləcək

Maliyyə və mühasibatlıq sahəsində çalışanlar üçün seminar keçiriləcək

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin təşkilatçılığı ilə maliyyə və mühasibatlıq sahəsində çalışanlar üçün “Əmək qanunvericiliyi: Mürəkkəb məqamlara sadə izah” mövzusunda seminar keçiriləcək.

Avqustun 17-də Maliyyə Nazirliyində əyani formada təlimçi-ekspert Arif Ataxanlı tərəfindən keçiriləcək seminarda muxtar respublikanın bütün müəssisə və təşkilatlarında çalışan maliyyə-mühasibat işçiləri və bu sahəyə marağı olan şəxslər iştirak edə bilərlər.

Seminarda iştirak etmək istəyən şəxslər (036) 550-33-33 nömrəsi ilə əlaqə saxlaya və ya “nmaliyye.gov.az” saytında “elanlar” bölməsində paylaşılan link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM