satellite   Azerspace-1: 11135 H 30000

COP29 Təşkilat Komitəsinin sədri: “Ev Sahibi Ölkə” Sazişinin yekun mətni tam razılaşdırılıb

COP29 Təşkilat Komitəsinin sədri: “Ev Sahibi Ölkə” Sazişinin yekun mətni tam razılaşdırılıb

Azərbaycan Hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi arasında imzalanacaq “Ev Sahibi Ölkə” Sazişinin yekun mətni tam razılaşdırılıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar avqustun 16-da baş tutan Təşkilat Komitəsinin altıncı iclasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev bildirib.

S.Nuriyev noyabrın 12-13-də keçiriləcək Liderlər Sammitinə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəflərinə dəvətlərlə əlaqədar tam inklüzivliyin təmin edildiyini də diqqətə çatdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM