Cümə günü ticarət zamanı qızılın qiyməti etibarlı aktivlərə güclü tələbat səbəbindən tarixi maksimuma çatıb.
Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “İnterfaks” “Trading Economics”ə istinadən məlumat yayıb.
“Comex” birjasında qızılın sentyabr fyuçersləri 1 unsiya üçün 2 493 ABŞ dollarına satılır. Bu, öncəki sessiyanın bağlanışında olan səviyyə ilə müqayisədə demək olar 1,4 % bahalaşma deməkdir.
