satellite   Azerspace-1: 11135 H 30000

“Azpetrol” Laçında modul tipli YDM istifadəyə verib

“Azpetrol” Laçında modul tipli YDM istifadəyə verib

Naxçıvan televiziyası xəbər verir ki, Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” şirkəti, strateji inkişaf planına uyğun olaraq, Laçın rayonunda avqustun 30-da sayca 106-cü modul tipli yanacaqdoldurma məntəqəsini istifadəyə verib.

Yeni yanacaqdoldurma məntəqəsində “Aİ-92”, “Aİ-95” və Dizel yanacaq növlərinin satışı həyata keçiriləcək.

Xatırladaq ki, “Azpetrol” şirkətin ilk yanacaqdoldurma məntəqəsi - “Spartak”, 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb. Hazırda şirkətin Azərbaycanın əksər iqtisadi zonalarını əhatə etməklə ən müasir avadanlıqlarla təchiz olunmuş 106 yanacaqdoldurma məntəqəsi (YDM), 1 maye qazdoldurma məntəqəsi (QDM ), 4 CNG tipli (Sıxılmış təbii qaz) qazdoldurma postu, 4 LPG postu (Propan-Butan), 1 STQ tipli (CNG) terminalı və 20 elektromobillərin enerji ilə doldurulma postu fəaliyyət göstərir.

“Azpetrol” - Daim inkişafa doğru!

Əlaqə: 957

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM