satellite   Azerspace-1: 11135 H 30000

Muxtar Babayev: COP29-a hazırlıq işləri sürətlə davam edir, lazımi tədbirlər görülür

Muxtar Babayev: COP29-a hazırlıq işləri sürətlə davam edir, lazımi tədbirlər görülür

Bu il Bakıda keçiriləcək COP29-a hazırlıq işləri sürətlə davam edir, lazımi tədbirlər görülür.

Naxçıvan televiziyası xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan böyük bir forumun ev sahibi kimi Bakı Beynəlxalq İqlim Şəffaflığı Platformasını təklif edib: "Təşəbbüsü Azərbaycan tərəfi irəli sürüb. Bununla da çox ciddi məsələlərin müzakirəsi üçün şərait yaradılacaq. Azərbaycan iqlim şəffaflıq hesabatının hazırlanmasında digər ölkələrə köməklik göstərilməsini təşkil edir. Artıq bizim təlimlər keçirilib. Növbəlilik Afrikada və digər ölkələrdə olacaq".

M.Babayev vurğulayıb ki, şəffaflıq hesabatlarının COP29-dan əvvəl təqdim edilməsi nəzərdə tutulur: "İqlim dəyişikliyi hesabatının sənədinin təqdim edilməsi üçün son tarix isə dekabr ayıdır".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM