satellite   Azerspace-1: 11135 H 30000

"Azərbaycan Banklar Assosiasiyası"nın nəzdində yeni ekspert qrupları yaradılıb

"Azərbaycan Banklar Assosiasiyası"nın nəzdində yeni ekspert qrupları yaradılıb

"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin tərkibində iki yeni ekspert qrupu yaradılıb.

Naxçıvan televiziyası bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, bu, barədə qərar Assosiasiyanın Rəyasət Heyətinin geniş tərkibdə Ümumi Yığıncağında qəbul edilib. Belə ki, “Pərakəndə bankçılıq” üzrə alt Ekspert Qrupunun və “Kredit həyat sığortası” işçi qruplarının birləşdirilərək yeni “Pərakəndə bankçılıq və kredit sığortası məhsulları Ekspert Qrupu”nun və “Data və Süni intellekt üzrə Ekspert Qrupu”nun yaradılması qərara alınıb.

ABA-nın 1990-cı ildə kommersiya bankları təsis edib. Əsas məqsəd üzv-təşkilatların marağını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM