satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda 9 ayda 5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb

Naxçıvanda 9 ayda 5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 5 345 yeni vergi ödəyicisi qeydiyyata alınıb.

Naxçıvan televiziyası xəbər verir ki, bunun 5 121-i fiziki şəxslər, 224-ü isə hüquqi şəxslər və digər təşkilatlar olub.

Qeydiyyata alınmış vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23,2 % artıb.

9 ayda kommersiya qurumlarının 81,2 %-i elektron qaydada, 18,8 %-i isə kağız daşıyıcısında müraciətlər əsasında qeydiyyata alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM