Naxçıvanda istehlakçılara 1,9 milyon manat ƏDV məbləği geri qaytarılıb

Naxçıvanda istehlakçılara 1,9 milyon manat ƏDV məbləği geri qaytarılıb

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, cari il oktyabrın 1-dək muxtar respublika ərazisində quraşdırılmış yeni nəsil NKA-ların sayı 3862 ədəd olub. Bu ilin yanvar-sentyabr ayları ərzində belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 294,8 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 145,1 milyon manat və ya 2 dəfə çoxdur.

İndiyədək Naxçıvanda “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 1,9 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Bu ilin yanvar-sentyabr aylarında istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrünə nisbətən 1,9 dəfə artaraq 1 milyon manatdan çox olub.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM