satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda vergi orqanlarına daxil olmuş müraciətlərin 96 %-i həll edilib

Naxçıvanda vergi orqanlarına daxil olmuş müraciətlərin 96 %-i həll edilib

Bu ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında vergi orqanlarına ümumilikdə 1 230 müraciət daxil olub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə muxtar respublikanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilir ki, onların da 91,3 %-ini ərizələr, 8,6 %-ini şikayətlər, qalan hissəsini isə müxtəlif təkliflər təşkil edib.

Müraciətlərin 98,4 %-in baxılması bu ilin 9 ayı ərzində başa çatdırılıb, 1,6 %-i isə hazırda icradadır. Baxılmış müraciətlərdən 96 %-i həll olunub, 2,3 %-i barədə müvafiq izahat verilib, qalanları barədə qanunamüvafiq qərarlar qəbul edilib.

Bu ilin 9 ayında Dövlət Vergi Xidmətində müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 83 vətəndaşın qəbulu təşkil olunub. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM