satellite   Azerspace-1: 11135 H 30000

Qarabağ və Şərqi Zəngəzurda inşa edilən elektrik stansiyalarının sayı açıqlanıb

Qarabağ və Şərqi Zəngəzurda inşa edilən elektrik stansiyalarının sayı açıqlanıb

Hazırda Qarabağ və Şərqi Zəngəzurda 32 yeni elektrik enerjisi stansiyası inşa edilir.

Naxçıvan televiziyası xəbər verir ki, bunu “Yaşıl Enerji Elektrik Stansiyası” MMC-inin səlahiyyətli nümayəndəsi Emil İbadov jurnalistlərin suallarını cavablandıran zaman bildirib.

Onun sözlərinə görə, bu elektrik stansiyaların ümumi gücü 270 meqavat təşkil edəcək.

"Qarabağ və Şərqi Zəngəzur tam olaraq "yaşıl enerji" ilə təmin etmək iqtidarındadır. Artıq qalan "yaşıl enerji" isə xaricə ixrac olunacaq", - E. İbadov deyib.

Bu stansiyalar SCADA dispetçer idarəetmə sisteminə tam inteqrasiya edilib və “Azərenerji” ASC-nin mərkəzi dispetçer idarəsi onları idarə edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM