satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda büdcə daxilolmaları 100 milyon manata yaxın artıb

Naxçıvanda büdcə daxilolmaları 100 milyon manata yaxın artıb

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən Naxçıvan televiziyası-a verilən məlumata əsasən, 2024-cü ildə İqtisadiyyat Nazirliyinin xətti ilə büdcəyə daxilolmalar 230,7 milyon manat təşkil edib.

Bu vəsaitin 226,6 milyon manatı Dövlət Vergi Xidmətinin xətti ilə, 2,3 milyon manatı dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən, 1,8 milyon manatı isə digər mənbələrdən daxilolmalardır.

2024-cü il üzrə büdcə daxilolmaları 2023-cü illə müqayisədə 62,3 milyon manat və ya 37 faiz, 2022-ci illə müqayisədə isə 97 milyon manat və ya 72,6 faiz artıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM