satellite   Azerspace-1: 11135 H 30000

Ötən il Naxçıvanın vergi orqanlarına 2 minə yaxın müraciət edilib

Ötən il Naxçıvanın vergi orqanlarına 2 minə yaxın müraciət edilib

Ötən il Naxçıvan Muxtar Respublikasının (MR) vergi orqanlarına ümumilikdə 1 865 müraciət daxil olub.

Naxçıvan televiziyası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bunun 87,9 %-i ərizələr, 12,1 %-i şikayətlər, qalan hissəsini isə müxtəlif təkliflər təşkil edib.

Məlumata əsasən, müraciətlərin 98,4 %-nin baxılması 2024-cü ildə başa çatdırılıb və 1,6 %-i isə hazırda icradadır. Baxılmış müraciətlərdən 95,1 %-i həll olunub, 2,8 %-i barədə müvafiq izahat verilib, qalanları ilə bağlı qanunamüvafiq qərarlar qəbul edilib.

Ötən il Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 153 vətəndaşın qəbulu təşkil olunub. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM