satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan səfiri Əfqanıstan naziri ilə ticarət mübadiləsinin artırılmasını müzakirə edib

Azərbaycan səfiri Əfqanıstan naziri ilə ticarət mübadiləsinin artırılmasını müzakirə edib

Azərbaycanın Əfqanıstandakı səfiri İlham Məmmədov bu ölkənin sənaye və ticarət naziri vəzifəsini icra edən Nuruddin Əzizi ilə ticarət mübadiləsinin artırılmasını müzakirə edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Sənaye və Ticarət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Sənaye və ticarət naziri vəzifəsini icra edən Nuruddin Əzizi Azərbaycanın Kabildəkı səfiri İlham Məmmədovla görüşüb”, – mətbuat xidməti bildirib.

Qeyd olunub ki, görüş zamanı tərəflər ticarət mübadiləsinin artırılması, iki ölkənin məhsullarının birgə sərgilərinin keçirilməsi və Lapis Lazuli dəhlizinin aktiv saxlanılması məsələlərini müzakirə ediblər.

“Yekunda ticarət və iqtisadi əlaqələri gücləndirmək məqsədilə hər iki ölkənin ixrac mallarının siyahılarının paylaşılması, Əfqanıstanın məhsullarının Azərbaycanda sərgisinin keçirilməsi və əlavə koordinasiya və ünsiyyət üçün dörd nəfərlik komandanın təqdim edilməsi barədə razılıq əldə edilib”, – mətbuat xidməti vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM