satellite   Azerspace-1: 11135 H 30000

"Qız qalası" su anbarından magistral suvarma kanalının tikintisinə başlanılır

"Qız qalası" su anbarından magistral suvarma kanalının tikintisinə başlanılır

Cəbrayıl rayonundakı “Qız Qalası” su anbarından 52 km uzunluğunda və 50 kubmetr/san ötürmə qabiliyyətinə malik magistral suvarma kanalınının tikintisi üçün hazırlıqlara başlanılıb.

Naxçıvan televiziyası bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinə istinadən xəbər verir.

Məlumata görə, kanalın tikintisi Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad edilmiş ərazilərində Araz çayı boyu yerləşən və Mil-Muğan zonasında etibarlı suvarma xidmətləri göstərəcək 252 km uzunluğunda suvarma boru kəmərləri şəbəkəsinin çəkilməsi ilə iqlimə davamlı və smart su ehtiyatlarının idarə olunması sistemini inkişaf etdirəcək.

Layihənin xərclərinin bir hissəsini İslam İnkişaf Bankı ödəyəcək. Bank bu məqsədlə 96,48 milyon ABŞ dolları məbləğində Hissəli Satış maliyyələşdirilməsi təmin edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM