Naxçıvana ayrılan dotasiya illər üzrə kəskin azalır

Naxçıvana ayrılan dotasiya illər üzrə kəskin azalır

Naxçıvan Muxtar Respublikasında son iki il ərzində aparılan iqtisadi islahatlar, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə nəticəsində büdcə daxilolmaları yerli mənbələr hesabına təmin edilib.

2022-ci il baza ili götürülərək aparılan təhlillərə əsasən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyindən NUHÇIXAN-a verilən məlumata görə, Azərbaycan Respublikasının dövlət büdcəsindən muxtar respublikaya ayrılan dotasiya mərhələli şəkildə azaldılıb. 2023-cü ildə baza ilinə nisbətən 110 milyon AZN, 2024-cü ildə isə 239 milyon 850 min AZN azalma qeydə alınıb. Bununla da, cəmi iki il ərzində Naxçıvana ayrılan dotasiya 349 milyon 850 min AZN azalıb ki, bu da ölkə büdcəsinə olan yükü əhəmiyyətli dərəcədə yüngülləşdirib.

Yerli gəlirlərdə də ciddi artım müşahidə olunub. Əgər 2022-ci ildə yerli gəlirlər büdcənin 31.78%-ni təşkil edirdisə, 2024-cü ilin sonuna bu göstərici 58.55%-ə yüksəlib. 2024-cü il ərzində əvvəlki illə müqayisədə yerli gəlirlər 77 milyon 154 min AZN artıb.

Xəbər lenti
İranda ərzaq bahalaşıb

17:15 30.01.2025

Çox oxunan xəbərlər

CANLI YAYIM