satellite   Azerspace-1: 11135 H 30000

Cevdet Yılmaz: Zəngəzur dəhlizinin açılması Orta Dəhlizi daha cəlbedici edəcək

Cevdet Yılmaz: Zəngəzur dəhlizinin açılması Orta Dəhlizi daha cəlbedici edəcək

Orta Dəhlizin inkişaf etdirilməsi son dərəcə kritik məsələdir.

Naxçıvan televiziyası-ın məlumatına görə, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nökərquli Ataquliyevlə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, bununla bağlı Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyətinin artırılması və Zəngəzur dəhlizinin açılması Orta Dəhlizi daha da cəlbedici edəcək.

Cevdet Yılmaz, həmçinin, Türkmənistan qazının Türkiyə vasitəsilə Avropa və dünya bazarlarına çıxarılması istiqamətində işlərin davam etdirildiyini də vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM