Azərbaycanda 2 ayda 86 minə yaxın "ASAN İmza" sertifikatı verilib

Azərbaycanda 2 ayda 86 minə yaxın "ASAN İmza" sertifikatı verilib

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 85 730 "ASAN İmza" elektron imza sertifikatı verilib.

Bu barədə NUHÇIXAN-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,5 % azdır.

Hesabat dövründə "ASAN İmza"lar 58 238 müraciət üzrə təqdim olunub ki, bu da 1 il əvvələ nisbətən 1,9 % azdır.

"ASAN İmza" elektron imza sertifikatlarının üç növü var: fiziki şəxslər (vətəndaşlar), hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və dövlət qulluqçuları üçün elektron imza sertifikatları. Fiziki şəxslər üçün elektron imza sertifikatları şəxsi istifadə üçün nəzərdə tutulub. Hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulan elektron imza sertifikatları isə kommersiya və ya dövlət təşkilatını təmsil etmək və onun adından çıxış etmək səlahiyyətləri verir.

Sertifikatlar 3 il etibarlıdır.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM