satellite   Azerspace-1: 11135 H 30000

Bakı aeroportu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

Bakı aeroportu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

Heydər Əliyev Beynəlxalq Aeroportu qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə martın 20-31-də fəaliyyətini gücləndirilmiş iş rejimində davam etdirəcək.

Naxçıvan televiziyası Aeroporta istinadən xəbər verir ki, bayram mövsümündə sərnişin axınının əhəmiyyətli dərəcədə artacağını nəzərə alaraq, xidmət keyfiyyətinin və operativliyin təmin edilməsi məqsədilə bir sıra əlavə tədbirlər həyata keçiriləcək. Xüsusilə, qeydiyyat, təhlükəsizlik yoxlanışı və baqaj emalı kimi əsas xidmət sahələrində iş proseslərinin optimallaşdırılması üçün əlavə işçi heyəti cəlb olunacaq.

Sərnişinlərə səfərlərini öncədən planlaşdırmaq, hava limanına uçuşdan ən az 2 saat əvvəl gəlmək və uçuş cədvəlləri ilə bağlı yenilikləri müvafiq aviaşirkətlərin rəsmi mənbələrindən izləmək tövsiyə edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM