satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda güzəştli kredit məbləğinin 94 faizi rayonların payına düşüb - FOTOLAR

Naxçıvanda güzəştli kredit məbləğinin 94 faizi rayonların payına düşüb<font color=red> - FOTOLAR</font> Naxçıvanda güzəştli kredit məbləğinin 94 faizi rayonların payına düşüb<font color=red> - FOTOLAR</font>

Cari ilin ilk səkkiz ayında Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilən güzəştli kredit məbləğinin 94 faizi regionda yaşayan sahibkarların payına düşüb.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NTV-yə bildirilib ki, cari ilin eyni dövründə fond tərəfindən maliyyələşdirilmiş 8,4 milyon manat güzəştli kreditin 10 faizini kiçik, 30 faizini orta, 60 faizini isə böyük həcmli kreditlər təşkil edib.

2025-ci ilin yanvar–avqust aylarında Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun güzəştli kredit mexanizmi iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarları əhatə edib. Bu dövrdə maliyyələşdirilən kreditlərin 66 faizi sənaye, 22 faizi kənd təsərrüfatı, 12 faizi isə xidmət sahəsində həyata keçirilən layihələrə yönəldilib.

Beləliklə, güzəştli maliyyə dəstəyi sahibkarlığın genişlənməsinə, yeni imkanların yaradılmasına və region iqtisadiyyatının inkişafına xidmət edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM