satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstanın xarici ticarət dövriyyəsi 8,8 faiz artıb

Gürcüstanın xarici ticarət dövriyyəsi 8,8 faiz artıb

Gürcüstanın Milli Statistika Xidməti (Geostat) 2025-ci ilin yanvar–avqust ayları üzrə xarici ticarət göstəricilərini açıqlayıb.

NTV quruma istinadən xəbər verir ki, hesabat dövründə ölkənin mallarla xarici ticarət dövriyyəsi (bəyan olunmamış ticarət istisna olmaqla) 16,25 milyard ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz çoxdur.

Hesabat dövründə ixrac 4,45 milyard dollar olub və 6,7 faiz artıb. İdxal isə 11,8 milyard dollar təşkil edib ki, bu da 9,7 faiz çoxdur.

Bununla da Gürcüstanın mənfi ticarət saldosu 7,35 milyard dollar təşkil edib ki, bu da ümumi ticarət dövriyyəsinin 45,3 faizinə bərabərdir.

Geostatın məlumatına görə, yanvar–avqust aylarında ölkənin xarici ticarət dövriyyəsində ilk on ticarət tərəfdaşının payı 68,7 faiz olub. Gürcüstanın ən böyük ticarət tərəfdaşları isə Türkiyə (1,99 milyard dollar), ABŞ (1,86 milyard dollar) və Rusiyadır (1,71 milyard dollar).

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM