satellite   Azerspace-1: 11135 H 30000

Dövlət qurumlarına olan kiberhücumların sayı açıqlanıb

Dövlət qurumlarına olan kiberhücumların sayı açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına qarşı 648 kiberhücum indikatoru (IOC) müəyyən edib.

Dövlət Xidmətindən NTV-yə bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz azdır.

Qeyd olunan kibertəhdidlərin 216-sı daxili araşdırma, 434-ü isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması nəticəsində aşkarlanaraq bloklanıb. Təkcə sentyabr ayında isə 36 kiberhücum qeydə alınıb ki, bu da ötən ilin göstəricisinə nisbətən 44 faiz azdır. Məlumata görə, 2024-cü ildə dövlət qurumlarına ümumilikdə 1070 kiberhücum edilib. Onların 550-si daxili araşdırmalar, 520-si isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması nəticəsində müəyyən olunaraq bloklanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM