satellite   Azerspace-1: 11135 H 30000

“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Suveren düşüncə” adlı intellektual oyun keçirilib - FOTOLAR

“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Suveren düşüncə” adlı intellektual oyun keçirilib<font color=red> - FOTOLAR</font> “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Suveren düşüncə” adlı intellektual oyun keçirilib<font color=red> - FOTOLAR</font> “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Suveren düşüncə” adlı intellektual oyun keçirilib<font color=red> - FOTOLAR</font> “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Suveren düşüncə” adlı intellektual oyun keçirilib<font color=red> - FOTOLAR</font> “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Suveren düşüncə” adlı intellektual oyun keçirilib<font color=red> - FOTOLAR</font> “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Suveren düşüncə” adlı intellektual oyun keçirilib<font color=red> - FOTOLAR</font>

 

NTV xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə “10 Noyabr - Beynəlxalq Mühasiblər Günü” və “12 Noyabr - Konstitusiya Günü”nə həsr olunmuş “Suveren düşüncə” adlı fərdi intellektual oyun keçirilib.

Tədbir iştirakçıların salamlanması ilə başlayıb. Açılışda Maliyyə Tədris Mərkəzinin direktoru Tural Məmmədzadə çıxış edərək bildirib ki, bu kimi intellektual yarışların keçirilməsi əməkdaşların biliklərinin artırılmasına, analitik və məntiqi düşüncə qabiliyyətinin inkişafına xidmət edir.

Oyun fərdi qaydada təşkil olunub və suallar iştirakçıların konstitusiya, maliyyə, uçot və ümumi dünyagörüşünə dair biliklərini qiymətləndirməyə yönəlib. Beş mərhələdən ibarət yarışın sonunda qiymətləndirmə aparılıb və toplanan ballara əsasən qaliblər müəyyən edilib.

Sonda qaliblərə Maliyyə Tədris Mərkəzi tərəfindən sertifikatlar təqdim olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM