satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Gürcüstandan yerli istehsal mallarının idxalını 29 %-dən çox artırıb

Azərbaycan Gürcüstandan yerli istehsal mallarının idxalını 29 %-dən çox artırıb

 

Azərbaycan Gürcüstandan yerli istehsal mallarının idxalını 29 %-dən çox artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Gürcüstandan 150,712 milyon ABŞ dolları dəyərində yerli istehsal malları idxal edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 29,2 % çoxdur.

NTV  bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.

Azərbaycana tədarük qonşu ölkənin yerli məhsul ixracının 5,7 %-ni təşkil edib.

Hesabat dövründə Gürcüstan ümumilikdə 2 milyard 641,495 milyon ABŞ dolları dəyərində yerli istehsal malı ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 4,6 % çoxdur.

Gürcüstanın yerli məhsulların ixracında əsas tərəfdaşları Rusiya (569,356 milyon ABŞ dolları; 2,8 % çox), Türkiyə (240,961 milyon ABŞ dolları; 34,6 % az), Çin (224,896 milyon ABŞ dolları; 2,,9 % az) və Bolqarıstan (192,749 milyon ABŞ dolları; 2,1 dəfə çox) olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM