satellite   Azerspace-1: 11135 H 30000

RİNN-də Beynəlxalq Əmək Təşkilatı ilə görüş keçirilib - FOTOLAR

RİNN-də Beynəlxalq Əmək Təşkilatı ilə görüş keçirilib<font color=red> - FOTOLAR</font> RİNN-də Beynəlxalq Əmək Təşkilatı ilə görüş keçirilib<font color=red> - FOTOLAR</font> RİNN-də Beynəlxalq Əmək Təşkilatı ilə görüş keçirilib<font color=red> - FOTOLAR</font>

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Ofisinin direktoru Mixail Puşkin ilə görüşüb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) NTV-yə verilən məlumata görə, görüşdə Azərbaycanın 2006-cı il Dənizçilik Əmək Konvensiyasının (Maritime Labour Convention, MLC) həyata keçirilməsi istiqamətində atdığı addımlar, bu prosesin ölkəmiz üçün yaradacağı imkanlar və gözlənilən nəticələr müzakirə olunub.

Tərəflər Konvensiyanın ratifikasiyası və səmərəli icrası üçün tələb olunan beynəlxalq standartların tətbiqi ilə bağlı mövcud çağırışlar ətrafında fikir mübadiləsi aparıblar. Beynəlxalq Əmək Təşkilatı bu istiqamətdə Azərbaycana texniki və institusional dəstək göstərməyə hazır olduğunu bildirib.

Görüşdə, həmçinin dəniz nəqliyyatının rəqəmsallaşdırılması, bu sahədə insan kapitalının gücləndirilməsi və qabaqcıl beynəlxalq təcrübənin tətbiqi üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM