satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda meyvə və giləmeyvə istehsalı 7 %-ə yaxın artıb

Naxçıvanda meyvə və giləmeyvə istehsalı 7 %-ə yaxın artıb

Bu ilin yanvar–oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında meyvə və giləmeyvə istehsalı 32 min 100,2 ton olub.

NTV xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 % artım deməkdir.

Eyni dövrdə üzüm istehsalı da artıb və 7 min 628,5 ton təşkil edib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 17,5 % çoxdur.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Səməddin Əsgərov bildirib ki, Azərbaycan Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək muxtar respublikada salınacaq meyvə bağlarına indiyədək tətbiq olunmuş ən yüksək birdəfəlik subsidiya məbləğləri veriləcək. İlk dəfə intensiv meyvə bağları və giləmeyvə bağları da dövlət dəstəyi ala biləcək.

S. Əsgərov əlavə edib ki, subsidiyaların şərtləri sadələşdirilib, hündürlük meyarı artırılıb, ting tələbi isə azaldılıb. Bu, Naxçıvanda meyvəçilik və üzümçülük sahələrinin daha da inkişafı üçün şərait yaradır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM