satellite   Azerspace-1: 11135 H 30000

XRİTDX: Noyabrda dövlət qurumlarına 751 kiberhücum indikatoru müəyyən olunub

XRİTDX: Noyabrda dövlət qurumlarına 751 kiberhücum indikatoru müəyyən olunub

Bu ilin yanvar-avqust aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarına 751 kiberhücum indikatoru (IOC) müəyyən edib.

NTV XRİTDX-in Kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin yaydığı hesabata istinadla xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz azdır.

Belə ki, kibertəhdidlərin 288-i daxili araşdırma, 463-ü isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən edilib və bloklanıb.

Təkcə bu ilin noyabrında 49 kiberhücum müəyyən olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 42 faiz azdır.

Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 430 milyon 214 zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 22 milyon 367 min 344, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 92 min 603 zərərverici tərkibli elektron sənəd blok edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM