satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan 11 ayda neft idxalını 12,7 % azaldıb

Azərbaycan 11 ayda neft idxalını 12,7 % azaldıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 705,708 milyon ABŞ dolları dəyərində 1 milyon 505,329 min ton neft idxal edib.

Bu barədə NTV-yə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ötən ilin 11 ayı ilə müqayisədə bu ilin müvafiq dövründə neft idxalı kəmiyyət ifadəsində 12,7 %, dəyər ifadəsində 25,6 % azalıb.

İdxalın strukturunda tədarükün böyük hissəsi (92,4%) Rusiyanın payına düşüb. Hesabat dövründə bu ölkədən 642,713 milyon ABŞ dolları (23 % azalma) dəyərində 1 milyon 390,466 min ton (9 % azalma) idxal edilib.

Hesabat dövründə Azərbaycan Qazaxıstandan 62,832 milyon ABŞ dolları (+2,8 dəfə) dəyərində 114,423 min (+3,3 dəfə) ton, İraqdan 162,69 min ABŞ dolları dəyərində 439,7 ton neft (2024-cü ilin yanvar-noyabr aylarında tədarük edilməyib) idxal edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM