satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda istehlakçılara 1,8 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb

Naxçıvanda istehlakçılara 1,8 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb

1 yanvar 2026-cı il tarixə qeydiyyatda olan aktiv obyektlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz artaraq 6090, qeydiyyatda olan vergi ödəyicilərinin sayı 7,4 faiz artaraq 54179 nəfər, aktiv vergi ödəyicilərinin sayı 2,7 faiz artaraq 22360, ƏDV ödəyicilərinin sayı 20,6 faiz artaraq 855, qeydiyyatda olan aktiv POS-terminalların sayı 65,7 faiz artaraq 4296 ədəd, qeydiyyatda olan Online NKA sayı 1,1 faiz artaraq 3259, aktiv bank hesablarının sayı 35,7 faiz artaraq 29778, 2025-ci ildə yeni açılmış bank hesablarının sayı 18,1 faiz artaraq 8234 təşkil edib.

NTV xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev ötən ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

O bildirib ki, 2025-ci ildə nağdsız əməliyyatlar üzrə dövriyyə 2024-cü illə müqayisədə 19,6 faiz artaraq 1 milyard 227,3 milyon manat,  qeydiyyatda olan POS-terminallar üzrə dövriyyə isə 21,9 faiz artaraq 136,5 milyon manat, Online NKA üzrə dövriyyə 26 faiz artaraq 509,8 milyon manat, vergi ödəyiciləri üzrə dövriyyə 5,9 faiz artaraq 1 milyard 456,5 milyon manat təşkil edib.

Nazir onu da qeyd edib ki, muxtar respublikada ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı innovativ layihə olan “ƏDV geri al” mexanizminin tətbiqi uğurla davam etdirilir. 2025-ci ildə istehlakçılara qaytarılan məbləğ 2024-cü illə müqayisədə 25,8 faiz artaraq 1,8 milyon manatdan çox olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM