2025-ci il ərzində 98 dövlət əmlakı özəlləşdirilib, özəlləşdirmədən daxil olmuş 1,2 milyon manatın 962,9 min manatı muxtar respublika büdcəsinə ödənilib.
NTV xəbər verir ki, bu fikirləri mətbuat konfransı zamanı Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev səsləndirib.
Onun sözlərinə görə, 2025-ci il ərzində 259 yeni icarə müqaviləsi bağlanıb, 208 icarə müqaviləsinin müddəti uzadılıb. 2024-cü illə müqayisədə yeni icarə müqavilələrinin sayı 76,2%, müddəti uzadılmış müqavilələrin sayı 21,6% çox olub.
Dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar 704,5 min manat təşkil edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 30,9 faiz çox olub.
Nazir bildirib ki, nəticə etibarilə 2025-ci il ərzində dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən muxtar respublika büdcəsinə, ümumilikdə 1 milyon 667 min manat vəsait daxil olub.
