satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan ötən il Avstriyaya neft satışını 2 dəfədən çox artırıb

Azərbaycan ötən il Avstriyaya neft satışını 2 dəfədən çox artırıb

Ötən il Azərbaycan Avstriyaya 177 min 544,3 ton xam neft ixrac edib.

NTV-nin Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 87 milyon 951,93 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2024-cü illə müqayisədə 2,07 dəfədəyəri isə 1,8 dəfə çoxdur.

İspaniyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 0,76 % olub.

Qeyd edək ki, 2025-ci ildə gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 12 milyard 091 milyon 147,47 min ABŞ dolları olan 23 milyon 381 min 284,82 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 49 milyard 423 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 25 milyard 43 milyon ABŞ dolları ixracın, 24 milyard 380 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM